Black Sabbath

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Black Sabbath
Loqonun şəkli
Black Sabbath 1970-ci ildə. Soldan sağa: Gizer Batler, Toni Ayommi, Bill Uord, Ozzi Osborn
Black Sabbath 1970-ci ildə. Soldan sağa: Gizer Batler, Toni Ayommi, Bill Uord, Ozzi Osborn
Əsas məlumatlar
Üslub hevi-metal
hard-rok
Fəaliyyət illəri 19682006
20112017
Ölkə Böyük Britaniya Birləşmiş Krallıq
Şəhər Aston, Birminhem
Dil ingiliscə
Leybl Vertigo Records
Warner Bros. Records
I.R.S. Records
Heyət Toni Ayommi
Ozzi Osborn
Terri Batler
Keçmiş üzvlər Bax: Keçmiş üzvləri
Digər layihələr Dio, GZR, Heaven and Hell, Rainbow, Deep Purple
blacksabbath.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Black Sabbath — 1968-ci ildə Birminhem, İngiltərədə qurulmuş ilk heavy metal qrupudur. Qrupun öz adını daşıyan "Black Sabbath" albomunu ilk heavy metal albomu hesab etmək olar. Bu albom doom metal musiqisinin sonrakı inkişafı üçün bönövrə qoymuşdur. Qrup bir çox üzv dəyişməsi yaşamış olmasına baxmayaraq, illər boyunca qrupun tək dəyişməyən üzvü Tony Iommi olmuşdur. Ümumilikdə 22 musiqiçi ən az bir dəfə olmaqla Black Sabbath-da fəaliyyət göstərmişdir. Qrupun 9 albomu Böyük Britaniya albom siyahılarında ilk onluğa daxil olmuşdur. Artıq 2000-ci ildə Black Sabbath albomlarının ümumi tirajı 100 milyona yaxınlaşdı. 1995-ci ilə qədər qrup yeni albom buraxmırdı və 1970-ci illərin "klassik" tərkibi ilə yalnız konsertlərdə bir araya gəlirdi. Qrup üzvlərinin əksəriyyəti solo fəaliyyətiylə məşğul olurdular. Beləliklə, 2011-ci il 11 noyabr tarixində əfsanəvi Los-Anceles klubu olan "Whisky a Go Go"-da keçirilən mətbuat konfransında Ozzi Ozborn, Toni Ayomi, Qizer Batler və Bil Uord yeni albomu öz sevənləri ilə paylaşır. Hansı ki bu albomun dəstəyi ilə 2012-ci ildə iri həcmli turnirlər nəzərdə tutulur. SSRİ-nin siyasəti nəticəsində Black Sabbath da çoxlu digər qruplar kimi qadağan olunmuş qruplar siyahısına düşdü. Xüsusilə Black Sabbath-ın adına satanizm, qara magiya və s. yazıldı. Qrupun yaradıcılığının təsviri üçün xarakterik nümunə "Trezvost i Kultura" jurnalında adlarının çəkilməsidir.

Praktiki olaraq yaradılan obrazın dəyişdirilməsinə ilk cəhd 1937-ci ildə "Rovesnik" jurnalında nəşr edilmiş Sergey Kastalskinin "Ola biləcək, lakin olmamış məhkəmə prosesi" məqaləsi oldu.

"Melodiya" şirkəti 1989-cu ildə qrupun erkən işlərini "Black Sabbath" adı ilə yığma-plastinka (LP) şəklində buraxdı. Yığmaya "Black Sabbath" albomundan 3 kompozisiya ("Black Sabbath", "N.I.B.", "Behind The Wall Of Sleep"), həmçinin "Paranoid" albomundan 5 kompozisiya ("Planet Caravan", "Paranoid", "Electric Funeral", "Fairies Wear Boots" и "Iron Man") daxil olmuşdur.

İndiki heyəti

[redaktə | mənbəni redaktə et]
  • Ozzi Osborn — vokal (1968–1977, 1978–1979, 1985, 1997—h.h.)
  • Toni Ayommi — gitara (1968—h.h.)
  • Gizer Batler — bas-gitara (1968–1979, 1980–1985, 1987, 1990–1994, 1997—h.h.)

Sessiya musiqiçiləri

[redaktə | mənbəni redaktə et]

keçmiş üzvləri

[redaktə | mənbəni redaktə et]

Keçmiş illərin sessiya və ya dəvət olunmuş musiqiçiləri

[redaktə | mənbəni redaktə et]

Turlarda müşayət edənlər

[redaktə | mənbəni redaktə et]

Zaman şkalası

[redaktə | mənbəni redaktə et]

Sessiya zaman xətti

[redaktə | mənbəni redaktə et]

Yığma albomları (toplu)

[redaktə | mənbəni redaktə et]
  • We Sold Our Soul for Rock N' Roll (1975)
  • The Sabbath Stones (1996)
  • Symptom of the Universe (2002)
  • Black Box (2004)
  • Black Sabbath: Greatest Hits 1970–1978 (2006)
  • Black Sabbath: The Dio Years (2007)
  • The Rules of Hell (2008)
  • Greatest Hits (2009)
  • Iron Man: The Best of Black Sabbath (2012)

Konsert albomları (live)

[redaktə | mənbəni redaktə et]
  • Live Evil (1982)
  • Cross Purposes Live (1995)
  • Reunion (1998)
  • Past Lives (2002)
  • Live at Hammersmith Odeon (2007)