1. New Cars
  2. ES
ƏLAQƏ YARADIN
Qüsursuz hərəkət imkanları 4-cü nəsil Lexus avtomatik enerjiyığan hibrid ötürücü sistem və təkmilləşmiş Lexus Safety System + təhlükəsizlik sistemi ilə birləşərək yeni idarəetmə standartları yaradır. Ən son ES 300h ��çün biz davamlı təkmilləşdirməni təşviq etdik, multimedia və qoşulma imkanlarını növbəti səviyyəyə yüksəltdik və daha da göz oxşayan yeni Ammonit Qum interyer yaratdıq.
  • 3 MİLYONDAN ÇOX SATIŞ

                                                                                                                                                                                Böyük sevinc hissi ilə bildiririk ki, ən populyar sedan avtomobilimiz olan Lexus ES-in satışları üç milyonu keçmişdir. Bu hədəf həmin avtomobilin Qərbi Avropada təqdim olunmasından cəmi 5 il sonra əldə edilib.

  • "ADAC" EKOTESTİNDƏ ES 300H AVTOMOBİLİNİN MÜKƏMMƏL YANACAQ SƏRFİYYATI

    "ADAC" Ekotesti sayəsində Almaniyada istehlakçılar avtomobillərin ekoloji göstəricilərini hərtərəfli qiymətləndirmək imkanı əldə edirlər.                                                                                                                                

  • EMOSİONAL İNTELLEKT

                                                                                                                                                                                Ən son ES 300h Avtomatik Enerjiyığan Hibrid avtomobilini istismara vermək üçün biz sizin emosiyalarınıza xitab edən unikal emosional intellektli reklam təqdim etdik.                                                                                                                      

BAŞLAMAĞA HAZIRSINIZ? MÜHƏRRIKI SEÇIN

KOMPLEKTASİYANI SEÇİN

7 Seçimlər

Nəticə yoxdur

  • ES - Comfort - 4 qapılı sedan

    ES Comfort

    4 qapılı sedan

    Kəşf et

    8 pilləli avtomatik transmissiya | 4X2
  • ES - Executive - 4 qapılı sedan

    ES Executive

    Hibrid
    4 qapılı sedan

    Kəşf et

    8 pilləli avtomatik transmissiya | 4X2
    Fasiləsiz dəyişən transmissiya | 4X2
  • ES - Executive 1 - 4 qapılı sedan

    ES Executive 1

    Hibrid
    4 qapılı sedan

    Kəşf et

    8 pilləli avtomatik transmissiya | 4X2
    Fasiləsiz dəyişən transmissiya | 4X2
  • ES - F-Sport - 4 qapılı sedan

    ES F-Sport

    4 qapılı sedan

    Kəşf et

    8 pilləli avtomatik transmissiya | 4X2
  • ES - F-Sport 1 - 4 qapılı sedan

    ES F-Sport 1

    4 qapılı sedan

    Kəşf et

    8 pilləli avtomatik transmissiya | 4X2
  • ES - F-Sport Design - 4 qapılı sedan

    ES F-Sport Design

    4 qapılı sedan

    Kəşf et

    8 pilləli avtomatik transmissiya | 4X2
  • ES - Luxury - 4 qapılı sedan

    ES Luxury

    Hibrid
    4 qapılı sedan

    Kəşf et

    8 pilləli avtomatik transmissiya | 4X2
    Fasiləsiz dəyişən transmissiya | 4X2
    8 pilləli avtomatik transmissiya | 4X2

PERFORMANS

  • YÜKSƏK MÖHKƏMLİYƏ MALİK / YÜNGÜL ÇƏKİLİ PLATFORMA

    ES 300h xüsusilə rəvan və stabil hərəkət üçün son dərəcə dayanıqlı platformaya/kuzova malikdir. Təkmilləşmiş Lazer Qaynağı, yüngül materiallar və ən son birləşdirmə texnologiyası çəkini minimuma endirməyə və performansı yaxşılaşdırmağa kömək edir. Bundan başqa, mühərrik bölməsindəki asqı dayağının fiksatoru və yenidən dizayn olunmuş arxa asqı elementi avtomobilin möhkəmliyini artırır.

  • 4-CÜ NƏSIL AVTOMATIK ENERJIYIĞAN HIBRID

    Ultrasəmərəli 2,5 litrlik Atkinson dövrəli benzin mühərrikini güclü elektrik mühərriki ilə birləşdirən 4-cü nəsil avtomatik enerjiyığan Hibrid texnologiyası sayəsində ES 300h avtomobili 218 DIN at gücü/ 160 kVt gücü və 100 km-də cəmi 5,1 l yanacaq sərfiyyatını təmin edir. ES 300h sıfır emissiyalı EA rejimində işlədiyi üçün, adi sedanlarla müqyisədə CO2 emissiyasının əhəmiyyətli dərəcədə azalması (115 q/km) müşahidə edilə bilər.

  • ELEKTRİK AVTOMOBİLİ (EA) REJİMİ

    İşə başlama zamanı və aşağı sürətdə güclü ön elektrik mühərriki hibrid akkumulyatordan təmin edilən elektrik enerjisi vasitəsilə ES 300h-i hərəkətə gətirir. Bu məqamda siz, demək olar ki, səssiz çalışan 100% elektrik idarəetməsindən həzz alacaqsınız. Avtomatik enerjiyığan Hibrid avtomobillər şəbəkəyə qoşulmağa ehtiyac duymur və benzindən istifadə etmədən EA rejimində idarə edilə bilir.

2,5 litrlik benzin mühərriki sürətli yanma texnologiyasına malikdir. Bu texnologiya sayəsində o, indiyədək istehsal olunmuş istilik baxımından ən səmərəli mühərriklərdən birinə çevirir. Nəticədə, emissiya və ya yanacaq sərfiyyatı artmadan daha çox güc əldə edilir. Düz giriş portları, geniş klapan bucaqları və lazerlə işlənmiş klapan yuvaları bu nəticələrə nail olmağa imkan verən xüsusiyyətlərdir. Dəyişən həcmli yağ nasosu, çox dəlikli injektorlar, qəbuledici klapanlardakı VVT-İE mühərrikin dünya səviyyəli performansına təkan verir.

Elektrik mühərriki/generatoru və 2,5 litrlik mühərrik tərəfindən təmin edilən gücü stabil şəkildə bir araya gətirən bu transmissiya sürət qutusunun ümumi uzunluğunu azaltmaq üçün elektrik mühərriklərinin çoxoxlu strukturundan istifadə edir. Birbaşa ötürmə və yığcamlıq üçün ənənəvi planetar ötürücü paralel dişli çarx və çoxfunksiyalı dişli çarx ilə əvəz olunur.

Avtomobilin ömrünü uzatmaq üçün işlənib hazırlanmış, elektrik mühərrikini idarə edən, habelə avtomobilin hərəkəti və əyləcləmə zamanı yaranan enerjini saxlayan nikel-metal hidrid akkumulyator arxa oturacağın altında yerləşir. Bu, akkumulyatorun hündürlüyünün minimuma qədər azaldılması və daha yığcam soyutma sisteminin tətbiqi ilə mümkün olur. Bu yerləşdirmə sayəsində daha yaxşı idarəetmə üçün baqaj sahəsi artır və çəkinin paylanması tənzimlənir.

TƏHLÜKƏSİZLİK

  • LEXUS SAFETY SYSTEM + TƏHLÜKƏSİZLİK SİSTEMİ

    300h istismara verilərkən, Euro NCAP tərəfindən “Ən təhlükəsiz geniş ailə avtomobili” və “Ən təhlükəsiz Hibrid avtomobil” adlandırılmışdı. Qəzalara qarşı təkmilləşmiş qoruyucu sistemi özündə cəmləşdirən Lexus Safety System + təhlükəsizlik sistemi kimi innovativ texnologiyalar gecə piyadaların və gündüz velosipedlərin müəyyən edilməsi imkanına malikdir.

  • QƏZALARA QARŞI QORUYUCU SISTEM

                                                                                          Gündüz qarşıdan gələn nəqliyyat vasitələri və piyadaları aşkarlaya bilən Pre-Toqquşma Sistemi gecə piyadaları, gündüz isə velosipedləri hiss edə bilir. Buna nail olmaq üçün kamera həssaslığı və dinamik diapazon qaranlıqda, məsələn, qarşıdan gələn avtomobilin qarşısındakı piyadanın avtomobilin işıqları səbəbindən çətin göründüyü zaman qəzaları azaltmağa kömək edir. Bundan əlavə, millimetr dalğası radarının aşkarlama sahəsinin bucağı genişdir və bu, gündüz saatlarında velosipedləri aşkar etməyə imkan verir.

  • ADAPTİV KRUİZ KONTROL SİSTEMİ (sürət tənzimləmə sistemi)

    Sistem millimetr dalğalı radar sensoru və kamera vasitəsilə özündən əvvəlki avtomobili aşkar edir və müvafiq məsafəni saxlamaq üçün nəzarəti təmin edir. Əvvəlki avtomobil dayanarsa, sistem ES avtomobilini dayandıracaq. Avtomobil yenidən işə düşdükdə ES işə düşəcək və yoluna davam edəcək. Bu sistem avtomobilin tez-tez işə düşməsi və dayanması tələb olunan vəziyyətlərdə sürücünün iş yükünü azaldır.

Adaptiv Radar Kruiz Kontrol funksiyasından istifadə edərkən, sürətin azaldılması funksiyası sayəsində, avtomobilin hərəkət etdiyi döngədə sürətinin çox yüksək olduğu müəyyən edilərsə, sürət avtomatik olaraq yavaşıdılır.

Lexus Safety System + Təhlükəsizlik Sistemi yol kəsişmələrində sağa və ya sola dönərkən qarşıdan gələn nəqliyyat vasitələrini və piyadaları aşkar etmək üçün yardımçı funksiyadan istifadə edə bilər.

Adaptiv Radar Kruiz Kontrol funksiyasından istifadə edərkən, sürətin azaldılması funksiyası sayəsində, avtomobilin hərəkət etdiyi döngədə sürətinin çox yüksək olduğu müəyyən edilərsə, sürət avtomatik olaraq yavaşıdılır.

Nəqliyyat vasitəsi, piyada və ya velosipedçi hərəkət yolunda sizə çox yaxın olduqda və ya sizin hərəkət yolunuza daxil olduqda, ES avtomobilinin Sükan İdarəetmə Yardımı funksiyası avtomobilin stabilliyini artırmaq və onun təsadüfən hərəkət zolağından çıxmasının qarşısını almaq üçün sükana nəzarət edəcək.

13 illik araşdırma və təkmilləşdirmə işlərindən və Lexus dünyada daha bir ilkə imza atdıqdan sonra alternativ BladeScan® Uyğunlaşdırıla bilən Uzaq İşıq Farası Sistemi (AHS) sürücülər üçün adi LED faralarla müqayisədə daha yaxşı görmə zonasını təmin edir. O, on iki LED lampadan daxil olan işığı 6000 rpm sürətlə fırlanan pər formalı güzgüyə, sonra isə obyektivə ötürərək işıq yaradır. BladeScan® AHS-nin hərtərəfli testləri nəticəsində müəyyən edilmişdir ki, piyadaları və yol nişanlarını daha tez (adi sistemlərdə 32 m ilə müqayisədə 56 m irəlidə) və digər sürücülərin gözünü qamaşdırmadan görmək mümkündür.

Daha yüksək təhlükəsizlik səviyyəsinə malik ES avtomobili standart olaraq on ədəd hava yastığına malikdir. Bunlara sürücü və öndəki sərnişin üçün hava yastıqları və dizlər üçün qoruyucu hava yastıqları, ön və arxada yan hava yastıqları və bütün yan şüşələri örtən hava yastıqları daxildir.

CƏSUR DİZAYN

  • ÖN BARMAQLIQLARIN DİZAYNI

    Lexus-un ön barmaqlıqlarının və üçlü LED faraların cəsur dizaynı dərhal diqqətinizi cəlb edəcək. Bu dizayn özünəməxsus nəfis sedan tərzinə cəsurluq bəxş edir.

  • KUPE TİPLİ TAVAN XƏTTİ

    Kupe tipli tavan xəttinin özünəməxsusluğu onun yerdən hündürlüyünü və təkmilləşdirilmiş aerodinamikasını vurğulayan geniş sedan və idman kupe tərzinə uyğun nazik tavan xəttində əks olunur. Avtomobili fərqləndirən təkərlər və Sonic Grey boya ən son ES 300h avtomobilinin ağıllı idman üslubunu mükəmməl şəkildə tamamlayır.

  • ÜÇLÜ LED İŞIQLAR

    Bunlar cəlbedici dizayna malik, müstəsna işıq paylanmasını təmin edən üç ultrakiçik LED cihazdan ibarətdir. Ardıcıl dönmə işıqları ilə təchiz edilmiş lampalar dumanlı hərəkət şəraitində görmə zonasını yaxşılaşdırmaq üçün müxtəlif hava şəraitinə uyğun işıqlara malikdir. Uyğunlaşdırıla bilən Fara Sistemi (AHS) ilə təchiz edildikdə, müxtəlif hava şəraitinə uyğun işıqlar gecə dumanlı şəraitdə parıltını azaldır.

Bozumtul metal üzləməyə və iki rəngli mexaniki işlənməyə malik 17 düym təkərləri, yaxud da mexaniki işləməni tünd-boz metal örtüklə birləşdirən yeni iki rəngli 18 düym təkərləri və ya hiper-xrom örtüklü 18 düym səsazaldıcı təkərləri seçin.

İNNOVATİV TEXNOLOGİYA

  • SIFIR GÖRÜNTÜ ZONASI MONİTORU

                                                                                    Arxa bamperdə quraşdırılmış radar qurğuları qapı güzgülərində görünməyən yanaşı zolaqlardakı avtomobilləri aşkar edir. Sürücü zolağı dəyişdikdə avtomobil sıfır görüntü zonasına daxil olarsa, müvafiq qapı güzgüsündə xəbərdarlıq siqnalı görünür.

  • ARXAYA HƏRƏKƏT ZAMANI TOQQUŞMA XƏBƏRDARLIĞI

    Arxaya hərəkət zamanı xəbərdarlıq siqnalı aşağı sürətlə arxaya hərəkət edərkən toqquşmaların qarşısını almağa kömək edir. Sistem ES avtomobilinin arxasındakı sahəyə nəzarət edir və əgər hər hansı bir obyektin avtomobilə toxunma ehtimalının olduğunu müəyyən edərsə, sürəti tənzimləyir. Zəruri hallarda sistem sizi səs siqnalı, displeydə və qapı güzgülərində xəbərdaredici məlumat vasitəsilə xəbərdar edir və hətta tələb olunarsa, avtomobili dayandırır.

  • LEXUS PARKİNQ YARDIMI / PANORAMA+D75 GÖRÜNTÜ MONİTORU

    Lexus Parkinq Yardımı Monitoru* parkinq sahəsində avtomobilin arxaya hərəkəti zamanı sizə yardım edir. Mərkəzi displeydə o, geriyə hərəkət etdiyiniz sahənin videogörüntüsünü göstərir və avtomobilin idarə olunmasını asanlaşdırmaq üçün təlimat verir. Qapalı məkanlarda daha asan hərəkət üçün Panoram Görüntü Monitoru avtomobilin bütün dövrəsində 360° görüntünü təmin edir. O, həmçinin şəhərdə yaxından manevr etməyə köməklik göstərmək üçün ekran təlimatları ilə avtomobilin virtual 3D şəklini yaradır.

Avtomobilin məlumatları birbaşa ön şüşədə rəngli formatda əks okunur. 260 mm x 97.5 mm ölçüyə malik ön şüşə gözünüzü yoldan ayırmadan naviqasiya komandaları, audioparametrlər və ya təhlükəsizlik funksiyaları kimi məlumatlarla tanış olmağa imkan verir.

Mükəmməl Mark Levinson® PurePlay sisteminin dizaynı sürücü və sərnişinlər üçün ən güclü, dəqiq və aydın səsi təmin edir. PurePlay avtomobildə üstün performansı təmin etmək üçün çoxsaylı texnologiyalardan istifadə edir. Ümumilikdə yeddi ədəd Unity™ səsgücləndiricisi salonda çiyin hündürlüyündə yerləşdirilib. Bu isə, akustikanı artırır və arxa pəncərənin altındakı böyük dinamiklə (sabvufer) (265 mm) birlikdə səs vəhdəti yaradır.

12.3 düym ölçülü sensorlu displeydə təqdim edilən parlaq qrafika və xəritə üzərində axtarış imkanları ilə, ən son xəritələr simsiz texnologiyadan istifadə etməklə yenilənə bilər. Daha əlverişli iş üçün sistemə elektron istifadəçi təlimatı da daxildir. Naviqasiyanı yaxşılaşdırmaq üçün nəqliyyatın onlayn hərəkəti, parkinq axtarışı, yanacaqdoldurma məntəqələrinin axtarışı, hava proqnozu və "Google Axtarış" kimi onlayn xidmətlər mövcuddur.

Simsiz Apple CarPlay® və simsiz Android Auto® sayəsində, ES avtomobili sizə mərkəzi displey ekranında smartfonunuzun bəzi proqramlarını asanlıqla görmək və onlara daxil olmaq imkanı verir.
TEST-DRAYV BARƏDƏ MƏLUMAT ÖYRƏNİN

TEST-DRAYV VƏDİMİZ

Lexus-un test-drayvı ilə inanılmaz hisslər yaşayın, istədiyiniz avtomobili, yeri və məsafəni seçin.
Rəqəmlər müqayisə üçün verilmişdir; yalnız yanacaq sərfiyyatı və CO2 göstəricilərini eyni texniki prosedur üzrə test edilmiş digər avtomobillərlə müqayisə edin. Bu rəqəmlər real həyatda avtomobilin idarə edilməsi ilə uyğun olmaya bilər. Bütün avtomobillər Minik Avtomobillərinin Ümumdünya Razılaşdırılmış Test Proseduruna (WLTP) uyğun olaraq sertifikatlaşdırılıb.