Vudi Qatri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vudi Qatri
ing. Woodrow Wilson Guthrie
Vudi Qatri üzərində "bu alət faşistləri öldürər" yazısı olan gitarası ilə (8 mart 1943)
Vudi Qatri üzərində "bu alət faşistləri öldürər" yazısı olan gitarası ilə (8 mart 1943)
Ümumi məlumatlar
Doğum adı Woodrow Wilson Guthrie
Doğum tarixi
Doğum yeri Amerika, Oklahoma
Vəfat tarixi (55 yaşında)
Vəfat yeri Amerika, Nyu-York
Vəfat səbəbi Hantinqton xəstəliyi
Vətəndaşlığı ABŞ ABŞ
Uşaqları 8
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1930-56-cı illər
Janr xalq musiqisi
Musiqi aləti gitara
Mükafatları əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı
woodyguthrie.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vudi Qatri (tam adı: Vudro Vilson Vudi Qatri; d. 14 iyul 1912; ABŞ, Oklahoma; ö. 3 oktyabr 1967; ABŞ, Nyu-York) — amerikalı söz yazarı və xalq musiqisi sənətçisi.[1]

Vudi Qatri üç dəfə ailə həyatı qurub və Amerika xalq musiqi sənətçisi Arlo Qatri də daxil olmaqla səkkiz övladı olmuşdur. Bundan başqa, Sarah Li Qatrinin babasıdır. Vudi Qatri 55 yaşında Huntington xəstəliyindən vəfat etmişdir.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Vudi Qatri karyerasında yüzlərlə mahnıya, balladaya imza atmış, siyasi mövzular ehtiva edən mahnılardan ənənəvi mahnılara, ənənəvi mahnılardan uşaq mahnılarına qədər bir çox fərqli janrda ekspromt işləri olmuşdur. Həyatı boyu canlı çıxışlarını davam etdirən sənətkar gitara ilə "bu alət faşistləri öldürər" şüarı ilə tamaşaçı qarşısına çıxmışdı. Amerika məktəblərində tez-tez ifa olunan "This land is your land" mahnısı ilə tanınmışdır. Oxuduğu mahnıların bir çoxu Konqres kitabxanasında arxivlənmişdir.[1]

V.Qatri Oklahomadan Kaliforniyaya qədər immiqrant işçilərlə səyahət etmiş, ənənəvi xalq mahnılarını öyrənmişdir. Onun mahnıları, xüsusilə "Böyük Böhran" əsnasında "Dust Bowl" dövrü olaraq adlandırılan quraqlıq dövründəki məsələləri ələ alır və "Dust Bowl Troubadour", yəni "Quraqlıq dövrü səyyah musiqiçisi" olaraq da tanınmışdır.[3] Hər nə qədər Qatri həyatı boyu Amerika Birləşmiş Ştatlarında kommunist qruplarla əlaqələndirilsə də, belə qrupların heç birinə üzv olmamışdır.[4]

Vudi Qatri Bob Dilan kimi musiqiçilərlə müəllim-şagird münasibətindən əlavə, ümumiyyətlə, yeni xalq musiqiçi nəslinə ilham qaynağı olmuşdur.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 ^ Library of Congress. Related Material - Woody Guthrie Sound Recordings at the American Folklife Center. Arxivləşdirilib 2017-06-29 at the Wayback Machine URL erişim tarihi: 27 Kasım 2007.
  2. 1 2 ^ Reitwiesner, William Addams. Ancestry of Arlo Guthrie. Arxivləşdirilib 2018-04-19 at the Wayback Machine URL erişim tarihi: 7 Kasım 2007.
  3. ^ Alarik, Scott. Robert Burns unplugged. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine The Boston Globe, August 7, 2005. URL erişim tarihi: 5 Aralık 2007.
  4. ^ Spivey, Christine A. This Land is Your land, This Land is My Land: Folk Music, Communism, and the Red Scare as a Part of the American Landscape. Arxivləşdirilib 2008-06-25 at the Wayback Machine The Student Historical Journal 1996–1997, Loyola University New Orleans, 1996.