Telia Company

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Telia Company AB
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Mobil rabitə operatoru
Sənaye Mobil rabitə Telekommunikasiya
Təsis tarixi 1 iyul 1993
Baş qərargahın yeri İsveç İsveç, Stokholm
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 86.000.000.000 kr (2019)[1]
Xalis mənfəəti
  • 7.601.000.000 kr (2019)[1]
Struktur
İşçi sayı
  • 20.800 nəf. (2019)[1]
Tərəfdaşlar Latvijas Mobilais Telefons
www.teliacompany.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Telia Company İsveçin Telia və Finlandiyanın Sonera adlı 2 GSM operatorlarınun 2002 ci ildə birləşərək qurduqları Skandinaviyanın ən böyük GSM operatoru. Şirkətin 150 milyona yaxın abonenti vardır.(2009) İşçilərini sayı isə 30.000 dir. Ayrıca Azercellin ortaqlarından biri olmuşdur.

Avropada TeliaSoneranın paylanması (mavi)

Şirkət 2002-ci ildə Telia Sonera adı altında Finlandiyaİsveçin Telia və Sonera telekomunikasiya şikətlərinin birləşməsi nəticəsində yaranmışdır. Bu birləşmə Telianın Norveçin Telenor firması ilə birləşməsi zamanı qısa müddətdə iflasından sonra baş verdi. Özəlləşmədən öncə, Telia dövlət telefon inhisarına malik idi. Sonera isə yalnız magistral şəbəkə çağırışlarında inhisara sahib idi, 75% yerli telekomunikasiyanı telefon korporativləri təmin edirdi.

Birləşmədən sonra

[redaktə | mənbəni redaktə et]

2006-cı il seçkilərə qədər İsveç liberal mühafizəkar Alyansı öz siyasətinin bir hissəsi kimi ticari müəssisələrdə hökumətin mülkiyyətini azaltmağı və xüsusilə də TeliaSonera'daki payını satmaq məqsədi var idi.

16 mart 2011-ci ildə bütün müxalifət partiyaları - Sol Partiya, Sosial Demokrat Partiya, Yaşıllar Partiyası və İsveç Demokratlar – Alyansa qarşı birləşdikdən sonra Alyans rəhbərliyi dövlətə məxsus mülkiyyətin satışı və həmçinin TeliaSonera üzərində hüquqlardan məhrum oldu.

TeliaSonera 2008-ci ilin əvvəlində təxminən 500 milyon avro qənaət etmək üçün tədbirlər elan etdi ki, bu da 2900 işdən azad olunmanı nəzərdə tuturdu: 2000 İsveç, 900 Finlandiya.

Fransa Télécom (indi Orange S.A.), 5 İyun 2008-ci ildə TeliaSonera üçün 33 milyard avro satın alma təklifi etdi və şirkətin idarə heyəti tərəfindən dərhal rədd edildi.

2010-cu ildən Azercell ilə iş birliyinə başlasa da, 2018-ci ildə TeliaSonera yaranmış problemlərlə əlaqədar olaraq, Azercell səhmlərinin satıldığını bəyan etdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Annual report 2019.