Queen

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Queen
Loqonun şəkli
Queen 1975-ci ildə. Soldan sağa: Rocer Teylor, Freddi Merkyuri, Brayan Mey və Con Dikon
Queen 1975-ci ildə. Soldan sağa: Rocer Teylor, Freddi Merkyuri, Brayan MeyCon Dikon
Əsas məlumatlar
Üslub rok
Fəaliyyət illəri 1970-indiyədək
Ölkə Böyük Britaniya Birləşmiş Krallıq
Şəhər London
Dil ingilis dili
Leybl EMI  • Parlophone  • Elektra  • Capitol Hollywood  • Island  • Virgin EMI
Heyət Freddi Merkyuri
Brayan Mey
Rocer Teylor
Con Dikon
Keçmiş üzvlər Mayk Qros
Berri Mitçell
Douq Boqi
Əlaqəli layihələr Queen + Paul Rodgers  • Queen + Adam Lambert
queenonline.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Queenİngiltərə rok qrupu. 1970-ci ildə "Smile" qrupunun dağılması ilə Brayan Mey, Rocer TeylorFreddi Merkuri Londonda "Queen" qrupunu yaradırlar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanır. Qrup ilk vaxtlar proqressiv rok, hard rok, qlem rokhevi metal tərzlərini mənimsələr də, daha sonra radio yayım formatlı pop rokarena rok kimi tərzlərin inkişafına da böyük təsir göstərmişlər.

Queen 1970-ci ildə Mey və Teylorun Smile qrupunu qurması ilə başlamışdır. Merkyuri Smile qrupunun pərəstişkarı olmuş və onları daha mürəkkəb səhnələşdirmə və səsyazma üsullarını sınamağa təşviq etmişdir. 1970-ci ildə o qrupa qoşulmuş və "Queen" adını təklif etmişdir. Qrup 1973-cü ildə "Queen" adlı ilk debüt albomunu buraxmazdan əvvəl Dikon 1971-ci ildə qrupa qoşulmuşdur. Queen 1974-cü ildə "Queen II" adlı ikinci debüt albomu ilə Böyük Britaniyanın hit-paradlarına daxil olmuşdur. Onlar eyni ildə "Sheer Heart Attack" və 1975-ci ildə "A Night At The Opera" albomu ilə beynəlxalq uğur qazanmışdır. "A Night at the Opera" albomunda yayımlanan "Bohemian Rhapsody" adlı mahnı musiqi video formatını populyarlaşdırmış və doqquz həftə Böyük Britaniya hit-paradlarında bir nömrədə qalmışdır. 1977-ci ildə çıxan "News of the World" albomunda idman tədbirlərində himnlərə çevrilən "We Will Rock You" və "We Are the Champions" kimi mahnılar yer almışdır. 1980-ci illərin əvvəllərində Queen dünyanın ən böyük stadion rok qruplarından birinə çevrilmişdir. 1980-ci ildə buraxdıqları "The Game" adlı albomundan "Another One Bites the Dust" adlı mahnısı onların ən çox satılan sinqllarından biri olmuş və 1981-ci ildə buraxılan "Greatest Hits" kompilyasiya albomu Birləşmiş Krallıqda ən çox satılan albom olmuş və Amerika Səsyazma Sənayesi Assosiasiyası tərəfindən on doqquzuncu yerdə qərarlaşmışdır. Onların 1985-ci ildə Live Aid konsertindəki çıxışı rok musiqisi tarixinin ən böyük çıxışlarından biri hesab olunur. 1986-cı ilin avqust ayında Merkyuri Queen qrupu ilə birlikdə İngiltərədə Knebvvortda son dəfə çıxış etmişdir.

Merkyuri 1987-ci ildə QİÇS diaqnozu qoyulanda şəxsi həyatını davam etdirsə də, Queen 1989-cu ildə "The Miracle" və 1991-ci ildə "Innuendo" adlı daha iki albom buraxmışdır. Merkyuri 1991-ci ildə QİÇS-in səbəb olduğu bronxopnevmoniyayadan vəfat etməzdən əvvəl 23 noyabr 1991-ci ildə QİÇS xəstəliyinə tutulduğunu açıq elan etmişdir. Daha sonra Merkyurinin vokal səsyazmalarından ibarət "Made in Heaven" adlı albomu 1995-ci ildə işıq üzü görmüşdür. Dikon 1997-ci ildə təqaüdə çıxmış, Mey və Teylor 2004-cü ildən Pol RodcersAdam Lembert ilə birlikdə "Queen +" adı altında qastrol səfərlərinə davam etmişdir.

1999-cu ildə Channel 4 tərəfindən keçirilən "Music of the Millenium" sorğusunda ən yaxşı ikinci qrup seçilmişdir. Queen qrupunun 18 albom, 18 sinql və 8 DVD-i dünya üzrə məşhurluq qazanmış və ən çox albom satan qruplar arasında yerini almışdır. Dünya üzrə 300 milyon albom satmışdır. Bunun 35,5 milyonu ABŞ-da satılmışdır.

Qrup "Fleş Qordon""Highlander" filmlərinin mahnılarını hazırlamış, bundan əlavə "Ueynin Dünyası" filmində Queen qrupunun məşhur "Bohemian Rhapsody" adlı mahnısından istifadə edilmişdir.

Queen 250 milyondan 300 milyona qədər nüsxə sataraq dünyanın ən çox albom satan musiqi qruplarından birinə çevrilmişdir. 1990-cı ildə Queen Britaniya musiqisinə görkəmli töhfələrə görə "Brit" mükafatını almışdır. 2001-ci ildə onlar Rok-n-roll şöhrət zalına, 2003-cü ildə isə dörd üzv hit sinqllar bəstələdiklərinə görə Mahnı müəlliflərinin şöhrət zalına daxil edilmişdir. 2005-ci ildə Britaniya Mahnı müəllifləri, Bəstəkarlar və Yazıçılar Akademiyasından "İvor Novello" mükafatını, 2018-ci ildə isə "Qremmi ömür boyu müvəffəqiyyət" mükafatını almışdır.

İndiki üzvlər

[redaktə | mənbəni redaktə et]
  • Brayan Mey - gitara, vokal, klaviatura, bas gitara (1970-indiki)
  • Rocer Teylor - nağara, vokal, zərb alətləri, gitara, klaviatura, bas gitara (1970-ci ildən indiyədək)

Keçmiş üzvlər

[redaktə | mənbəni redaktə et]
  • Freddi Merkyuri - vokal, piano, klaviatura, bəzən gitara (1970-1991; vəfat etmişdir)
  • Con Dikon - bas gitara, gitara, klaviatura, geri vokal (1971-1997)

Uzun müddətli Queen + turu vokalistləri

[redaktə | mənbəni redaktə et]
  • Pol Rodcers - aparıcı vokal, ritm gitara, klaviatura (2004-2009)
  • Adam Lembert - aparıcı vokal (2011-ci ildən indiyədək)

İndiki tur üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Spayk Edni - klaviatura, piano, ritm gitara, geri vokal (1984-dən indiyədək)
  • Nil Ferklauf - bas gitara, geri vokal (2011-ci ildən indiyədək)
  • Tayler Uorren – zərb alətləri, nağara, geri vokal (2017-ci ildən indiyədək)

Keçmiş tur üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Morqan Fişer - klaviaturalar (1982)
  • Fred Mandel - klaviaturalar (1982)
  • Devid Qrosman - bas gitara, geri vokal (1998-2004)
  • Ceymi Mozes - ritm gitara, geri vokal (1998-2009)
  • Denni Miranda - bas gitara, geri vokal (2005-2009)
  • Nil Mörri - bas gitara (2008)
  • Rufus Tiqr Teylor – zərb alətləri, nağara, geri vokal (2011–2017)

Erkən üzvlər

[redaktə | mənbəni redaktə et]
  • Mayk Qros - bas gitara (1970; 2019-cu ildə vəfat etmişdir)
  • Berri Mitçell - bas gitara (1970-1971)
  • Douq Boqi - bas gitara (1971)
border=none Əsas məqalə: Queen diskoqrafiyası
Studiya albomları
Canlı albomlar
Məşhur mahnıları

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]