Maverick

Maverick

Advertising Services

A full circle communications agency located in Baku, Azerbaijan.

About us

360° marketing communications agency. Strategy. Creative. Digital. Media. Production. Performance marketing.

Website
http://maverick.az
Industry
Advertising Services
Company size
11-50 employees
Headquarters
Baku
Type
Public Company

Locations

Employees at Maverick

Updates

  • View organization page for Maverick, graphic

    1,755 followers

    Yaradıcı baxışları və sehrli barmaqları ilə möhtəşəm işlər yaradan qrafik dizayner, Maverick agentliyi səni axtarır!🤩 Tələblər: ▪️Minimum 3 illik agentlik təcrübəsi; ▫️Adobe Photoshop, Illustrator və Indesign proqramlarını mükəmməl bilmək; ▪️İri rəqəmsal və ATL kampaniyalarında, həm 360 dərəcəli, həm də kiçik həcmli layihələrdə iştirak; ▫️Rəqəmsal dizayn trendlərini izləmək və onları tətbiq etmək bacarığı, təcili tapşırıqlarda operativlik və həll yolu tapmaq qabiliyyəti; ▪️3D modelləşmə və Figma proqramları üzrə biliklərin olması üstünlükdür. Əgər bu bacarıqlara sahib olduğunu düşünürsənsə, portfolio və CV-ni “Qrafik dizayner” başlığı ilə Vafa.g@maverick.az ünvanına göndər📩 Portfoliosuz CV-lərə baxılmayacaq☝🏻

    • No alternative text description for this image
  • View organization page for Maverick, graphic

    1,755 followers

    Yaradıcılıq və uğur dolu 4 ili geridə qoyduq! 🤩 Kreativ layihələrimiz, qazandığımız nailiyyətlər və müştərilərimizlə qurduğumuz sağlam əlaqələr sayəsində reklam dünyasında önəmli yer tutmağımızın qürurunu yaşayırıq. Bu yolda daim əminliklə irəliləməyimizə səbəb olan komandamıza təşəkkür edirik. Böyüməyə davam edirik, çünki ötən 4 ildə gördüyümüz işlər hələ başlanğıcdır! ⚡️

  • View organization page for Maverick, graphic

    1,755 followers

    Hərəkətli kompozisiyalar aşiqi olan motion dizaynerlər! Kreativ komandamıza qoşulmaq üçün əla fürsət var!😎 Tələblər: ▪️Minimum 3 illik agentlik təcrübəsi; ▫️Adobe After Effects proqramını mükəmməl dərəcədə, əlavə olaraq faylı özünün hazırlamasına ehtiyac olarsa, Photoshop və Illustrator proqramlarını bilməli; ▪️Səslər ilə işləməyi bacarmalı, animasiya hazırlanma prinsiplərini bilməli, trendləri izləməli və hazırladığı işlərdə tətbiq etməli; ▫️Ünsiyyətcil, kreativ, məsuliyyətli, komanda ilə işləmək bacarığına sahib olmalı, çətin vəziyyətlərdə sərbəst şəkildə, tez və keyfiyyətli həll yolu tapmalı. Əgər bu bacarıqlara sahib olduğunu düşünürsənsə, portfolio və CV-ni “Motion dizayner” başlığı ilə salam@maverick.az ünvanına göndər📩 Portfoliosuz CV-lərə baxılmayacaq☝🏻

    • No alternative text description for this image
  • View organization page for Maverick, graphic

    1,755 followers

    Böyüyən komandamıza bizimlə birlikdə möhtəşəm layihələrə imza atacaq kopirayter axtarırıq.🕵🏻 Tələblər: ▪️ Kopirayter kimi 2-3 illik agentlik təcrübəsi; ▪️ Azərbaycan və ingilis dillərini hər mövzuda yaza biləcək səviyyədə bilməli; ▪️ Kommunikasiyanın təməl prinsiplərini bilməli, trendləri izləməli; ▪️ “Out of box” düşüncə qabiliyyətinə malik olmalı və portfoliosunda bu cür işlərin mövcudluğu; ▪️ Trenddə olan süni intellekt proqramları ilə effektiv işləmək bacarığı; ▪️ Ölkənin öndə gedən brendləri və qlobal markalar ilə işləmək məsuliyyətini anlamalı. Əgər axtardığımız kopirayterin sən olduğunu düşünürsənsə, portfolio və CV-ni “kopirayter” başlığı ilə salam@maverick.az ünvanına göndər. 📩Portfoliosuz CV-lərə baxılmır.

    • No alternative text description for this image
  • View organization page for Maverick, graphic

    1,755 followers

    Təhlükəsizlik önəmlidir! Odur ki, bu gün Azərbaycan Hava Yollarına məxsus təyyarələrdə təhlükəsizlik qaydaları barədə videonu hazırlamağımızın qürurunu yaşayırıq. Amma qürurlandığımız tək məqam bu deyil. Videonun hər səhnəsində Azərbaycanın bir gözəlliyini, dəyərini, tarixini ölkəmizə təşrif buyuranlara çatdıra bilməyimiz ən böyük qürurumuzdur. Çünki bu, sadəcə təhlükəsizlik qaydaları ilə bağlı video deyil. Həm də əcnəbi sərnişinlərin möhtəşəm Azərbaycan ilə elə ilk tanışlığı olacaq. Ölkə miqyaslı bu layihəni bizə həvalə etdiyi üçün Azərbaycan Hava Yollarına təşəkkürümüzü bildirir, bütün uçuş heyətinə hər zaman aydın səma və xoş səfərlər arzulayırıq. ✈️ İdeya: Maverick Production: Baku Media Center

  • View organization page for Maverick, graphic

    1,755 followers

    “Bir gün gələcək”… Uzun illər vətən ilə bağlı hər arzumuzu, diləyimizi bu sözlərlə başlayırdıq. Bir gün gəldi və vətən üçün zəfər təbrikimizi o günləri xatırlamaqla başladıq. Hər kəlməsinə, hər kadrına qəlbimizi qoyduq, o anları yenidən yaşadıq. Vətənin zəfər sevincini böyütməyə kiçik də olsa, töhfə verməyə çalışdıq. Artıq vətənin hər qarışına dalğaları yayılan Azercell Telecom LLC üçün zəfər təbriki videosu hazırladıq, “Zəfər Günün mübarək, #eyVətən” dedik. Hər zaman zəfərindən, qüdrətindən, bütövlüyündən ilham alaq, #eyVətən. Zəfərlərin çox olsun, #eyVətən 🇦🇿 İdeya: Maverick Production: Baku Media Center

  • View organization page for Maverick, graphic

    1,755 followers

    Yaradıcı baxışları və sehrli barmaqları ilə möhtəşəm işlər yaradan qrafik dizayner! Səni komandamızda görmək üçün səbirsizlənirik!🤩 Tələblər: ▪️Minimum 3 illik agentlik təcrübəsi; ▫️Adobe Photoshop, Illustrator və Indesign proqramlarını mükəmməl bilmək; ▪️İri rəqəmsal və ATL kampaniyalarında, həm 360 dərəcəli, həm də kiçik həcmli layihələrdə yüksək səviyyəli fotomanipulyasiya işləri ilə iştirak; ▫️Rəqəmsal dizayn trendlərini izləmək və onları tətbiq etmək bacarığı, təcili tapşırıqlarda operativlik və həll yolu tapmaq qabiliyyəti; ▪️3D modelləşmə, After Effects və Figma proqramları üzrə biliklərin olması üstünlükdür. Əgər bu bacarıqlara sahib olduğunu düşünürsənsə, portfolio və CV-ni “qrafik dizayner” başlığı ilə salam@maverick.az ünvanına göndər📩 Portfoliosuz CV-lərə baxılmayacaq☝🏻

    • No alternative text description for this image
  • View organization page for Maverick, graphic

    1,755 followers

    Sosial mediada bir çox kampaniyanın müəllifisənsə, yüzlərlə iştirakçını cəlb edən çoxmərhələli mexanikaya malik müsabiqələr hazırlamısansa, sosial media ilə BTL-i əlaqəndirə bilirsənsə, dizayner və kopirayterlərlə işləməyi bacarır, onlara öz enerjini və motivasiyanı ötürə bilirsənsə, kampaniyalarından ibarət portfolionu rena.a@maverick.az ünvanına göndər! 📩

Similar pages